Ələt-Astara yolunda yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, sentyabrın 22-də saat 11 radələrində Ələt-Astara yolunun 205-ci km-də Lənkəran rayonunun Gərmətük kənd sakini Seyfulla İsmayılovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil yolun kənarında dayanmış rayon sakini Surət Əliyevə məxsus “Mercedes” markalı avtomobilə dəyib.
Araşdırmalar zamanı S.İsmayılovun sükan arxasında infarktdan ölməsi müəyyən edilib.
Hacı Zeynalov