Bakının Sabunçu rayonunda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - 1975-ci il təvəllüdlü Hüseyn Hüseynov, Əziz Babayev və 1992-ci il təvəllüdlü Orxan Səlimov tutulub.
Onlar sentyabrın 19-na keçən gecə Kürdəxanı qəsəbəsində yaşayan Almurad Rəhimovun evindən, açıq pəncərədən keçməklə məişət əşyaları, oktyabrın 3-də Fuad Əliyevə məxsus Pirşağı qəsəbəsində yerləşən yarım tikilidən samovar oğurlamaqda şübhəli biliniblər.
Araşdırma zamanı müəyyən edilib ki, onlar cari ilin avqust ayının 28-nə keçən gecə, Pirşağa qəsəbə sakini Seyran Kərimovun evindən, pəncərəni sındırmaqla ev əşyaları oğurlayıblar.
Hacı Zeynalov