12 Oktyabr 2015 17:06
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Tovuz rayonunun Əlimərdanlı kəndində baş verən yol qəzası ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, rayon sakini İmran Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında təmirə dayanmış Tovuz şəhər sakini Murad Mirzəyevə məxsus “VAZ-21011” markalı avtomobilə vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş M.Mirzəyev orada ölüb. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: