12 Oktyabr 2015 18:50
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Şəki şəhər sakini Gülşən Əzizova, Göyçay rayon sakini Zeynal Mikayılov, Bakı şəhər sakinləri, Natiq Abdullayev və İsmayıl İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, quldurluq hadisəsi Yasamal rayonunda baş verib. 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Vüqar Əliyevə məxsus “İnfiniti” markalı avtomobili, 370 manatı və mobil telefonu quldurluq yolu ilə almış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Natiq Abdullayev və İsmayıl İsmayılov tutulub. Bundan başqa həmin cinayət əməlində iştirak etmiş Şəki şəhər sakini Gülşən Əzizova, Göyçay rayon sakini Zeynal Mikayılov da müəyyən ediliblər.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Gülşən Əzizova 11 il, Zeynal Mikayılov 12 il, Natiq Abdullayev 13 il 6 ay, Ismayılov Ismayıl 10 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər