12 Oktyabr 2015 19:52
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Səyyad Farizlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Səyyad Farizli 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Səyyad Farizli Cinayət Məcəlləsinin 263.2-ci (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

İttihama görə, Səyyad Farizlinin idarə etdiyi avtomobil aşıb. Qəza nəticəsində dostu Röyal Həsənov dünyasını dəyişib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər