14 Oktyabr 2015 15:14
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xubyarlı kəndində qeydə alınıb.

Rayon sakinləri Qeyrət Muradovun idarə etdiyi “Mercedes” və Həsən Hüseynovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə H.Hüseynov və sərnişini Əlizamin Abayev ölüb, Q.Muradov və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: