Bakıda oğlu ömürlük cəza alan ana dələduzluqla üzləşib.
Teleqraf.com xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Sabunçu qəsəbə sakini Müslümat Məhəmməd qızı Rzaxanov Qobustan həbsxanasında ömürlük cəza çəkən oğlu Şakir Hacımurad oğlu Rzaxanova hüquqi yardım göstərməsi üçün İlqar adlı vəkilə 1000 manat verib.
Amma həmin vəkil Şakir Rzaxanova hüquqi yardım göstərməyib və həmin pulu mənimsəyib. Müslümat Rzaxanova dələduzluqla üzləşməsi ilə bağlı müxtəlif instansiyalara müraciət edib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov