Bakıda daha bir qrup avaralıq və dilənçilik edənlər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, onlar polisin paytaxtın Binəqədi, Nərimanov və Qaradağ rayonları ərazilərində aparmış olduğu əməliyyat nəticəsində saxlanılıblar.
Saxlanılanların 56 nəfər olduğu bildirilir.
Polis onlar barəsində müvafiq tədbirlər görüb.