Türkiyədə depressiyaya düşən polis məmuru 42 yaşlı Hüseyn Gönen xidməti tapançası ilə özünü vurub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 uşaq atası Hüseyn Gönen Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Şöbəsinin əməkdaşı olub. Hüseyn bilinməyən səbəbdən depressiyaya düşüb və Bakı vaxtı ilə 05.30-da tabel silahı ilə başına atəş açıb.
Silah səsinə gələn həmkarları onu qan içində tapıblar. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları ağır yaralı olan Hüsyn Göneni xəstəxanaya aparıblar. Həkimlərin səylərinə baxmayaraq Hüseyn Göneni xilas ettmək mümkün olmayıb. Polis hadisə ilə bağlı istintaqa başlayıb.
Rüstəm