Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevim sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fariz Cumayev ifadə verib. O, ifadəsində 2010-cu ildən nazirliyin Əsaslı tikinti və istismar şöbəsinin müdüri vəzifəsində işlədiyini deyib: “Mehman Səlimovu yaxşı tanıyıram. O, sifariş olunan tikinti işlərini vaxtında yerinə yetirməsə də, işi çox keyfiyyətli görüb. İşlərin vaxtında çatdırlmamasına yəqin ki, hava şəraiti mane olub. Müqavilə bağlananda iqlim nəzərə alınmayıb”.
Digər ifadə verən şahid Atakişi Məcidov ifadəsində qeyd edib ki, Mehman Səlimovu tanımayıb.
Daha sonra Mehman Səlimov bildirib ki, MTN-də ondan sabiq müdafiə naziri Səfər Əbiyevin üzünə durmağı tələb ediblər. Onun sözlərinə görə, Səfər Əbiyevin üzünə durmadığı üçün həbs edilib.
Hacı Zeynalov