Ağcabədidə baş verən müəmmalı hadisələr rayon əhalisi və hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Qeyd edək ki, il yarım ərzində burada 3 nəfər itkin düşüb. Onlardan birinin - oktyabrın 17-dı Ağcabədi rayonunda itkin düşən Valeh Qanboy oğlu İsmayılovun meyiti tapılıb.
Teleqraf.com-un xəbərinə görə, onuncəsədi Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılaraq Məhkəmə Tibbi Ekspetriza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə verilib. Müayinədən sonra bildirilib ki, meyit müayinə olunan vaxt onun üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Mərhumun 6 gün öncə itgin düşdüyü deyilib.
Valeh İsmayılov Ağcabədi rayonundakı “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olub. Ailə üzvülərinin dediyinə görə, o evdən çıxarkən üzərində külli miqdarda pul olub. Mərhumun oğlu, Elmin İsmayılov açıqlmasında bildirib ki, atasının itkin düşdüyü vaxt cibində olan 9 min manat pul meydin üzərində aşkarlanmayıb:
"Cibindən siqaret qutusu, alışqan tapıldı. Amma pul tapılmadı. Meyit tapılanda axşam mənə zəng elədilər. Dedilər ki, kanalda meyid var, atamın əynində hansı paltarlar olduğu ilə maraqlandılar, cavab verdim. Dedilər ki, o, nişanələrə uyğundur. Mən getdim ora. Çatanada artıq atamın meyidini ambulansa qoyurdular. Gördüm ki, boynunun arxasında yara izi var. Bu yüz fazi zərbə yeri idi".
Atasının meydinə baxış keçirilərkən, onun boyun nayihəsində zorakılıq izi olduğunu deyən Elmin İsmayılov mərhumun qəsdən oğurlanaraq öldürülməsindən şübhələnir.
Mərhumun ailə üzvüləri Valehin ruhi sağlam olduğunu, heç kimlə ədavəti olmadığını bildirirər. Onlar Valeh İsmayılovun üstündə olan 9 min manat pula görə oğurlanaraq qəsdən öldürüldüyünü iddia edirlər. Mərhumun ailə üzvüləri və yaxınları, aidiyyatı qurumlardan qatil və ya qatillərin tezliklə tapılaraq ədalət qarşısında cəzalandırılmasını istəyirlər. Valeh İsmayılovun qaynı Mahir Cəfərov bu kimi halların davam etməməsi üçün bu işdə əli olanların cəzalandırılmasını istədiklərini deyib:
"Biz onsuz da bu acını yaşadıq. Kaş öldürməzdilər, vurub yol kənarına atardılar, pulunu götürüb gedəкdilər. Bizə o təsir eləməzdi. Qohum-əqraba o pulu yığıb düzəldərdi. Amma kaş özünə bir şey olmazdı. Kim zəmanət verir ki, sabah bu hadisə başqa birinin başına gəlmiyəcək. Odur ki, biz onu qətlə yetirənlərin tezliklə tapılaraq cəzalandırılmasını istəyirik".
Ağcabədi rayon prokurorluğundan bildiriblər ki, hazırda hadisə ilə bağlı araşqırmalar aparılır. Qeyd edək ki, bu hadisədən öncə rayonda xarici valyutanın alqı-satqısı ilə məşğul olan daha iki nəfər müəmmalı şəkildə yoxa çıxıb. Rayonun Qaravəlli kənd sakini, 1959-cu il təvəllüdlü Məhərrəmova Fatma Yadulla qızı 2014-cü il avqustun 5-də, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev, 14 ünvanında qeydiyyatda olan 1975-ci il təvəllüdlü Vüqar Hümbətovun isə 2015-ci il mayın 27-də itkin düşüb.
Xalid Salmanbəyli