Bakının Səbail rayonunda bara gələn gənc hədə-qorxu ilə üzləşib.
Teleqraf.com xəbər verir ki, hadisə Zorge küçəsi, 4 ünvanında yerləşən barda baş verib.
Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Nicat Mehdi oğlu Ağazadə həmin ünvanda yerləşən bara gəlib. O, barda iki şüşə meyvə şirəsi içib və daha sonra hesab istəyib. Barda işləyənlər ona 156 manat hesab ödəyəcəyini bildirib.
Nicat Ağazadə hesabın çox olması ilə bağlı narazılığını bildirib. Bundan sonra iki nəfər naməlum şəxs Nicat Ağazadəyə 62 manatı zorla barın kassasına ödətdiriblər.
Bardan çıxan gənc zorakılıqla üzləşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov