21 Noyabr 2015 10:08
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə Ələt-Astara magistral yolunun 129-cu kilometrliyində, Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Günəşli kənd sakini, 1976-cı il təvəllüdlü Niyaməddin Nadir oğlu Əliyev yolu keçmək istəyərkən onu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı ətrafdakı adamlar tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: