26 Noyabr 2015 19:03
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirli bilinən Hicran Ağayev və Azad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən hər iki şəxs şərti cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hər iki şəxs ölkə sərhədinə qaçaqmalçılıq yolu ilə nərə balığı gətirərkən saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 206-cı(qaçaqmalçılıq) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif: