Bakının Suraxanı rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Həmin qəsəbədə kirayədə yaşayan Ağstafa rayon sakini Elməddin Piriyev dəm qazından zəhərlənərək ölüb. Gənc oğlan paytaxtda fərdi əməklə məşğul olurmuş.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov