11 Dekabr 2015 15:45
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Yeganə Şərifova və Laləzər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Yeganə Şərifova 9 il, Laləzər Quliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan hər iki təqsirləndirilən şəxslərin barəsində həbs qəti imkan tədbiri seçilib və onlar məhkəmə zalından həbs ediliblər.

Qeyd edək ki, hər iki şəxs bir neçə şəxsin etimadı qazanaraq külli miqdarda dələduzluq ediblər. Ümumilikdə 55 min manat dələduzluq olub.

Onlar Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər