18 Dekabr 2015 16:49
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda mağazadan oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, dekabrın 15-də Tamella Məmmədovaya məxsus mağazadan 380 manat pul və ərzaq məhsulları oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İbrahim Delili tutulub.

Bundan başqa, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da Tahir Təhməzova məxsus mağazadan oğurluq etmiş digər şəxs - Bakı şəhər sakini Sanil Abdullayev tutulub.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: