Bakının Yasamal rayonunda evdən xeyli miqdarda pul oğurlanıb.
Teleqraf.com xəbər verir ki, dekabrın 11-də Bakı şəhər sakini İraida Veberin evindən 3150 manat oğurlanıb.
Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rasim Məmmədov tutulub.
Hacı Zeynalov