Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vərəm dispanserində qətl törətməkdə təqsirləndirilən Əjdər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 7 saylı vərəm dispanserində müalicə olunan Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsmayılov mübahisə zəminində otaq yoldaşı, 1969-cu il təvəllüdlü Vahid Muradovu və 1986-cı il təvəllüdlü Elşən İsmayılovu bıçaqlayıb. Vahid Muradov aldığı xəsarətdən hadisə yerində ölüb, Elşən İsmayılov isə ağır xəsarət alıb.
Həm Əjdər İsmayılov, həm də öldürülən Vüqar Muradov əvvəllər məhkum olublar və uzun müddət həbsdə yatıblar. Vüqar Muradovun bədənində çoxlu sayda döymə aşkarlanıb. Onun çiynində ulduz formasında döymələr olub, bu səbəbdən istintaq öldürülən şəxsin kriminal avtoritet olduğunu ehtimal edir. Saxlanan Əjdər İsmayılovun da kriminal aləmlə sıx əlaqələrinin olduğu güman edilir.
Məhkəmənin hökmü ilə Əjdər İsmayılov 19 il müddətə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov