25 Dekabr 2015 16:29
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda qadın soyğunçuluqla üzləşib.

Teleqraf.com xəbər verir ki, hadisə dekabrın 23-də baş verib.

Naməlum şəxs Zaqatala rayon sakini Məhəbbət Kusayevaya məxsus içərisində 2 ədəd mobil telefon və ətir olan çantasını soyğunçuluq yolu ilə əlindən alıb.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən rayon sakini Məhəmməd Bayramov tutulub.

Hacı Zeynalov


Müəllif: