28 Dekabr 2015 18:06
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda 36 yaşlı kişi itkin düşüb.

Teleqraf.com xəbər verir ki, Hövsan qəsəbəsi, Quşçuluq massivində nömrəsiz evdə yaşayan 1979-cu il təvəllüdlü Ədalət İkram oğlu Ələkbərov yoxa çıxıb.

O, dekabrın 23-də, saat 13.00-da evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hazırda Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşları Ədalət Ələkbərovun tapılaraq evinə qayıtması istiqamətində tədbirlər görülür.

Hacı Zeynalov


Müəllif: