28 Dekabr 2015 23:29
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucarda yanğın hadisəsi qeydə alınıb.


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün 21:30 radələrində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsindən iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub.

Yanğın ümumi sahəsi 10 000 kv m olan bazarın 76 kv.m ərazisini əhatə edib. Yanğınsöndürənlərin səyləri nəticəsində alovun qarşısı qısa müddətdə alınıb, qonşu tikililər yanğından mühafizə olunub.

Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: