Bakının Sabunçu rayonunda xəstəxanada qalmaqal yaranıb.
Teleqraf.com xəbər verir ki, hadisə 3 saylı Şəhər Kliniki Xəstəxanasında baş verib.
Xəstəxananın həkimi Sevda Hüseynova baş verən hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət edib. O, bildirib ki, işdə olan zaman xəstənin vəfat etməsini eşidən qohumları xəstəxanaya hücum ediblər.
Hücum edən şəxslər xəstəxananın qapısını və pəncərənin şüşələrini sındırıblar. Daha sonra onlar Sevda Hüseynovanı döyüblər.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov