21 Yanvar 2016 13:35
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Əli Quliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Bıçaq xəsarəti alan Əli Quliyev xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Şəmkir rayon sakini Turxan Hüseynov tutulub.

Hacı Zeynalov


Müəllif: