1 Fevral 2016 15:38
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonu, Çöl Göylər kəndində mal-qara oğurluqlarının sayı artıb. Teleqraf.com-a daxil olan məlumata görə, son bir neçə ay ərzində kənd ərazisində 10-dan çox oğurluq hadisəsi baş verib.

Kənd sakinləri bildirirlər ki, yaxın vaxta kimi mal-qara oğurluğu otlaq sahələrində baş verirdisə, artıq oğrular həyətlərə girməkdən, gecələr tövlələrə hücum eləməkdən də çəkinmirlər. Qeyd olunur ki, kənd sakinləri baş verən oğurluq hadisələrinin üstünün açılmamasından, cinayəti törədən şəxslərin tapılmamasından narahatlıq hissi keçirirlər. Sakinlərin dediyinə görə, heyvandarlıqla məşğul olan kənd əhalisi səksəkə içindədir.

Şamaxı Rayon Polis Şöbəsinin Göylər kənd polis sahə rəisi, mayor Sədi Məmmədov Teleqraf.com-a açıqlamasında son günlər Çöl Göylər kəndində mal-qara oğurluqlarının baş verdiyini təsdiqləyib: “Həmin kənddə mal-qaraların oğurlanması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanıb, hazırda cinayəti törədən şəxs və ya şəxslərin tutulması istiqamətində tədbirlər görülür”.

Sədi Məmmədov bildirib ki, sakinlər mal-qaralarını otlaq sahələrində sahibsiz buraxıblar: “Buna görə də mal-qaraların hansı istiqamətə getməsi və yaxud oğurlanması ilə bağlı dəqiq məlumat yoxdur. Amma mal-qarasını itirən sakinlər polisə şikayət edib, şikayət əsasında araşdırma aparılır”.

Polis zabiti kənd sakinlərinin qorxu içində yaşaması və yaxud oğurluq hadisələrinin silsilə hal alınması barədə ittihamların əsası olmadığını bildirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər