Nəsimi rayonunda mənzil yanıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 57 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 0.5 kv.m sahədə döşəmə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:30-da söndürülüb.