8 Fevral 2016 09:34
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Bakının Xətai rayonunda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşa məxsus ikimərtəbəli mağazanın birinci mərtəbəsində yerləşən sexin tavanı 2 kv.m sahədə yanıb, döşəməsinə dağılmış yağ qalıqları və sexdə olan dəzgahlar yanaraq deformasiyaya uğrayıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:58-də söndürülüb.


Müəllif: