10 Fevral 2016 14:11
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə ötən il baş verən cinayətin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, ötən il fevralın 26-da Şəki rayonunun Orta Zəyzid kəndində kənd sakini Soltan Mustafayevə məxsus təkər təmiri sexindən 50 manat oğurlanıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Elnur Yusifov, Fariz Cavadov və Fərid Nəcəfov tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların rayon sakini X.Vəliyevanın evindən məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: