Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tamah məqsədilə qətl törətməkdə təqsirləndirilən Muxtar Qədimov və Rüfət İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi Şüvəlan qəsəbəsinin Almaz İldırım küçəsi döngə 4, ev 16 ünvanında baş verib. Orada yaşayan Əzizə Həsənova mənzilində qətlə yetirilib. Evdən pul və qızıl zinət əşyalarının oğurlanması polisdə qətlin tamah məqsədi ilə törədilməsi ehtimalını yaradıb.
Hadisədən bir neçə gün sonra qətlin törədilməsində şübhəli bilinən Xəzər rayon sakini, 25 yaşlı Muxtar Qədirov Şimal Qress qəsəbəsində kirayə tutduğu evdə yaxalanıb. Muxtar Qədirovun bu cinayəti sinif yoldaşı Rüfət İsgəndərovla törətdiyi məlum olub.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirlənduirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Muxtar Qədimov 20 il, Rüfət İsgəndərov isə 19 il müddətə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov