27 Fevral 2016 14:41
1 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda kütləvi dava olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun N.Hikmət küçəsi, 29/34 ünvanındakı parkda qeydə alınıb.

Parkda gəzişən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Elnur Məmmədova 7-8 nəfər gənc hücum edib. Hücum edən şəxslər Elnur Məmmədovu döyərək, onun bədənini müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetiriblər. Hadisənin xuliqanlıq zəminində baş verdiyi bildirilir.

Hazırda Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər