Bakının Qaradağ rayonunda firmadan oğurluq edən şəxslər məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Elman Bəkirov, Bakı şəhər sakinləri - əvvəllər məhkum olunmuşlar Hüseyn Hüseynov və Ceyhun Məmmədov tutulublar.
Onlar fevralın 28-də Lökbatan qəsəbəsində yerləşən firmalardan birinə məxsus transformatorların mis və alüminiumdan olan hissələrini oğurlamağa cəhd göstəriblər.
Hacı Zeynalov