Bakının Sabunçu rayonunda banka məxsus ödəmə terminalından oğurluq edən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz şəhər polis bölməsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində “Ekspressbank” ASC-yə məxsus ödəmə terminalından oğurluq edən 1991-ci il təvəllüdlü Mobil Ağabalayev saxlanılıb.
Qeyd edək ki, oğurluq hadisə rayonun Bakıxanov qəsəbəsi, Sülh küçəsində qeydə alınıb.
“Ekspressbank” ASC-yə məxsus ödəmə terminalının üst qapağını sındıraraq 12 min 801 manat naməlum şəxslər tərəfindən oğurlanıb.
Oğurluq hadisəsinin baş verməsi ilə bağlı bankın təhlükəsizlik şöbəsinin mütəxəssisi, 1978-ci il təvəllüdlü Qabil Balayev Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə ərizə ilə müraciət edib.
Hacı Zeynalov