Bakının Qaradağ rayonunda oğurluq edən dəstə üzvləri zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt qəsəbə sakinləri Sübhan Dadaşzadə, Xəlil Cabbarov və Əvəz Talıbov tutulublar.
Onlar martın 3-də Bakı şəhər Telefon Rabitə İstehsalat Birliyi və “AzTelekom” MMC-yə məxsus quyulardan 600 metr kabel oğurlamaqda şübhəli biliniblər.
Hacı Zeynalov