Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə bir nəfər kişi qarnın kəsilmiş, deşilmiş yarası diaqnozu ilə gətirilib.
Yaralı dərhal əməliyyat olunub. Həkimlərin sözlərinə görə xəstənin vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.