Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Tural Əhmədzadə naməlum şəraitdə bıçaqlanıb.
Tural Əhmədzadə kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib və həyatını xilas etmək mümkün olub. Tural Əhmədzadənin vəziyyətinin ağır olduğu bildirilir. Onun kimim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov