Sabirabad rayonu, Qruzma kəndində vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan tikinti materialları satış mağazasının yanar konstruksiyaları və içərisində olan tikinti malları yanıb.
Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, ticarət mərkəzinə bitişik sahəsi 120 kv.m olan ərzaq mağazası, avtomobil təmiri sexi və 1 ədəd bankomat aparatı yanğından mühafizə olunub.