Bakının Nəsimi rayonu ərazisində cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Moskva prospektində qeydə alınıb.
Laçın rayon sakini, əvvəllər məhkum olunmuş Ayhan Səfərov və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yalçın Cəfərov Bakı şəhər sakini Nicat Tahirova məxsus “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərərkən Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən yaxalanıblar.
Bu zaman Yalçın Cəfərov bıçaqla polis serjantı Samir Paşayevə əl nahiyəsindən xəsarət yetirib.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə gətirilmiş A.Səfərovun və Y.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün paytaxt sakini Elçin Xəlilova məxsus “Mercedes” markalı avtomobildən şüşəsini sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri, eləcə də Yalçın Cəfərovun Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Hacı Zeynalov