Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1930-cu il təvəllüdlü Əliş Bəhramov yaşadığı evdə boğazını kəsərək özünü öldürüb. Əliş Bəhramovun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov