20 Mart 2016 14:15
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda bir neçə gün əvvəl baş verən qətlin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, martın 14-də rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan 86 yaşlı Nəsibova Maral Qara qızının meyiti tapılıb.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayətin Kəlbəcər rayonundan olan məcburi köçkün Aqil İsmayılov tərəfindən törədildiyi məlum olub. O, həbs edilib.

Aqil İsmayılov yaşlı qadını qətlə yetirəndən sonra evi qarət edib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər