Qazax rayonunda qətl hadisəsi törədən iki nəfər həbs edilib.
Teleqraf.com xəbər verir ki, martın 13-də qətlə yetirilən Nəriman Osmanov və qeyri-rəsmi nigahda olduğu 1941-ci il təvəllüdlü Dünya Bakıxanovanın qatilləri saxlanılıb.
Yaşlı kişi və qadını qətlə yetirən şəxslər onların nəvələri Ruslan Osmanov və kürəkənləri Eləşəndir. Hər iki şəxs həbs edilib.
Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hacı Zeynalov