Lerik rayonunda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Livodirqə kəndində qeydə alınıb.
Kənd sakini, 18 yaşlı Elcan Zahidov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.
Lerik rayon polis şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müfaviq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov