7 Aprel 2016 10:25
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ceyhun Qulamov bacısı Arifə arasında mübahisə yaranıb. Mübahisə zəminində Ceyhun Qulamov bacısının baş nahiyəsindən küt alətlə vuraraq onu qətlə yetirib. Hadisə qardaş və bacının birgə yaşadığı eyni evdə törədilib.

Hadisədən sonra Ceyhun Qulamov hər iki biləyini kəsib. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ceyhun Qulamova tibbi yardım göstərilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər