13 Aprel 2016 15:17
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun H.Əliyev prospekti 105 ünvanının qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Mahmud Mahmudov idarə etdiyi “BMV” markalı və Bakı Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin kiçik serjantı, 1993-cü il təvəllüdlü Bədir Bədirlinin sürdüyü “Hyundai-A X 35” markalı avtomobillər toqquşub. Hadisə zamanı Mahmud Mahmudovun sərxoş olduğu bildirilir.

Nəticədə Bədir Bədirli və onun sərnişini, 1990-cı il təvəllüdlü Oktay Namazov xəsarət alıblar. Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: