Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əhməd Rəcəbli küçəsi 9 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 55 yaşlı Rafis Mirzəyev naməlum şəraitdə bıçaqlanaraq öldürülüb. Rafis Mirzəyevin kimin tərəfindən və hansı səbəbdən öldürüldüyü məlum deyil.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov