20 Aprel 2016 16:30
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini Həsən Həsənovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilın prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Həsən Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, Həsən Həsənov pensiya kartı düzəltmək adı ilə vətəndaşları aldadaraq, onların etibarından sui-istifadə edib. O, Gəncə şəhəri, Daşkəsən və digər rayon sakinlərindən 135 min manat məbləğində pul alıb.

Daha sonra həmin şəxslər Həsən Həsənovun dələduzluq əməli ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 22 nəfər zərəçəkmiş şəxs var.

Həsən Həsənov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif: