Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Aynurə Məmmədova yaşadığı evdə özünü asaraq ölüb.
Aynurə Məmmədovanın hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov