27 Aprel 2016 00:22
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını öldürməyə cəhddə ittiham olunan Ağakişi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, qanlı cinayət hadisəsi Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Ağakişi Hüseynov münaqişə zəminində qaynı Bəxtiyar Mahmudovu bıçaqlayıb. Xəsarət alan Bəxtiyar Mahmudov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağakişi Hüseynov tutulub.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ağakişi Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər