Bakının Nərimanov rayonunda mağazadan oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Nəzakət Əliyevaya məxsus mağazadan 2325 manat pul oğurlanıb.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Qriqoryeviç Myasçenko və Ağsu rayon sakini Şahmurad Xudaverdiyev tutulublar.
Qriqoryeviç Myasçenkonun əvvəllər məhkum olunduğu bildirilir.
Hacı Zeynalov