30 Aprel 2016 20:38
375

Lənkəran rayonunda yaşayış evində güclü yanğın olub. Teleqraf.com xəbər verir ki, hadisə Liman şəhərində qeydə alınıb.

Şəhər sakini Sabir Zeynalovun evində yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanıq xəsarəti almış Sabir Zeynalov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: