Bakıda böyük ticarət mərkəzlərindən birində həyəcanlı vəziyyət yaranıb.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzinə bomba qoyulması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal ticarət mərkəzinə yollanıblar. Orada yerləşən şirniyyat sexində olanlar dərhal kənarlaşdırılıblar.
Aparılan araşdırma zamanı məlumat təsdiqini tapmayıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov